UEFA Çempionlar Liqası 1/8 final: “Qalatasaray” “Liverpul”u məğlub edib

Tarix: 10 Mar 2026 23:43

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə "Qalatasaray" "Liverpul"u sınağa çəkib. Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Mario Leminanın 7-ci dəqiqədə vurduğu qolla İstanbul təmsilçisi rəqibini minimal hesabla məğlub edib - 1:0.

Cavab qarşılaşması növbəti həftə keçiriləcək.

ApaSport

Xəbər Lenti