UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib

Tarix: 11 Mar 2026 02:05

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

“Qalatasaray” öz meydanında “Liverpul”u sınağa çəkib. Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Mario Lemina 7-ci dəqiqədə fərqlənərək İstanbul təmsilçisinə minimal hesablı qələbə qazandırıb – 1:0.

Digər oyunda “Nyukasl” azarkeşləri önündə “Barselona”nı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün digər qarşılaşmalarında isə “Atletiko” “Tottenhem”i, “Bavariya” isə “Atalanta”nı darmadağın edib.

UEFA Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar 10 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 1:0

00:00. "Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə) 5:2

00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 1:1

00:00. "Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya) 1:6

ApaSport

Xəbər Lenti