Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb

Tarix: 11 Mar 2026 22:09

Yevlaxda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli müxbirinin məlumatına görə, hadisə rayonun Qaraçılar məhəlləsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü uşaq ərazidən keçən su kanalına düşərək boğulub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Elgün Gəncimsoy

Xəbər Lenti