Bakıda ev və mağazada yanğın olub

Bakıda ev və mağazada yanğın olub

Tarix: 26 Nov 2023 10:20

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 17 m² sahədə, dam örtüyü 120 m² sahədə, bitişik ümumi sahəsi 88 m² olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları və rəflərə yığılan ərzaq malları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.

Evin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti