Qazaxın azad edilmiş ərazilərində 243 ha minalardan təmizlənib

Tarix: 23 Dec 2025 14:42

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 243 ha ərazi minalardan təmizlənib.

Bu barədə ANAMA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir. İcra edilən əməliyyatlar zamanı 243 ha ərazi təmizlənib, 1 065 ədəd piyada əleyhinə mina, 108 ədəd tank əleyhinə mina və 54 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edilmiş ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Təmizləmə əməliyyatları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir.

Firuzə Vahid Qazax azad edilmiş ərazilər mina

Xəbər Lenti