Cümə axşamı, 5 Noyabr, 2026
Tarix: 05 Nov 2026 11:41
Dəqiqləşdirilmiş vergi bəyannamələrinin sayına məhdudiyyət qoyulacaq.
APA-nın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, vergi ödəyicisi tərəfindən hesabat dövrü ərzində yalnız 3 dəfə (iri sahibkarlara münasibətdə 5 dəfə) dəqiqləşdirilmiş bəyannamə verilmə imkanı və həmin saydan sonra isə müvafiq hesabata yalnız vergi orqanı tərəfindən kameral vergi yoxlaması qaydasında münasibət bildirildikdən sonra dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi imkanının təmin edilməsi təklif olunur.
Firuzə Vahid Vergi Məcəlləsi dəqiqləşdirilmiş vergi bəyannamələri vergi bəyannamələri vergiMənbə: apa.az