Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib

Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib

Tarix: 12 Jan 2026 16:48

Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2012-ci il təvəllüdlü A.X. hamam otağında dəm qazından zəhərlənib.

O, Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, yanvarın 12-də 1 nəfər (qadın) dəm qazı zəhərlənməsi səbəbilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Əlibəy Zeynallı Şirvan dəm qazı

Mənbə: apa.az

Xəbər Lenti