Cümə axşamı, 5 Noyabr, 2026
Tarix: 05 Nov 2026 10:36
"Azərbaycan Dəmir Yolları" QSC Bakı–Ağstafa–Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək.
Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür.
İlahə Səlimova ADY Bakı–Ağstafa–BakıMənbə: apa.az