Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək

Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək

Tarix: 05 Nov 2026 11:40

Vergi ödəyicisinə təqvim ili ərzində qanunla nəzərdə tutulmuş qaydada ərizə təqdim etdiyi tarixdən könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçid hüququnun verilməsi təklif edilir.

APA-nın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, təqvim ili ərzində sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçid mövcud vəziyyətdə yalnız VM-in 218.5-ci maddəsinə nəzərdə tutulan hallarda mümkündür və məcburi xarakter daşıyır. Lakin mövcud təcrübədə vergi ödəyicilərindən könüllü qaydada gəlir (mənfəət) vergisi ödəyicisi olmaqla bağlı müraciətlər daxil olmaqdadır.

Mövcud hüquqi tənzimləmə vergi ödəyicisinin iqtisadi maraqlarını və biznes strategiyasını nəzərə alaraq daha əlverişli vergi rejimini seçmək imkanını məhdudlaşdırır. Halbuki vergitutmanın əsas prinsiplərindən biri də könüllülük və seçim imkanının təmin edilməsidir.

Bu baxımdan, təqvim ili ərzində vergi ödəyicisinə öz təşəbbüsü ilə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçid hüququnun verilməsi məqsədəuyğun hesab olunur.

Firuzə Vahid Vergi Məcəlləsi vergi ödəyicisi sadələşdirilmiş vergi vergi mənfəət vergisi mənfəət

Mənbə: apa.az

Xəbər Lenti