Neftçalada avtomobilin kanala aşması nəticəsində sürücü ölüb

Tarix: 09 Jan 2026 23:02

Neftçalada avtomobilin kanala aşması sürücünün ölümü ilə nəticələnib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Qırmızıkən kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini, Yaşar Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobili idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonunun Şorsulu kənd əsəb-dispanser xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Əlibəy Zeynallı

Xəbər Lenti