Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 09:19
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə bahalaşma müşahidə olunub.
"APA-Economics" CoinMarketCap platformasına istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 2.75% artaraq 71,358 dollar səviyyəsinə yüksəlib.
Bazar kapitallaşmasına görə ikinci böyük kriptovalyuta olan "Ethereum"un qiyməti son sutkada 4.02% artaraq 2,107 dollar təşkil edib.
Digər iri kriptovalyutalar arasında BNB-nin qiyməti 2.54% artaraq 660 dollar, Bitcoin Cash-in qiyməti isə 2.95% artaraq 467 dollar səviyyəsində qərarlaşıb.
Bununla yanaşı, süni intellekt yönümlü layihələrdən olan Bittensor daha yüksək dinamika nümayiş etdirib. Aktivin qiyməti son 24 saatda 13.45% artaraq 229 dollar səviyyəsinə çatıb.
Məlumata görə, kriptovalyuta bazarının ümumi kapitallaşması 2.43 trilyon dollar, CMC Crypto 200 Index isə 146.66 səviyyəsində qərarlaşıb.
Bazar iştirakçılarının əhval-ruhiyyəsini göstərən Fear & Greed indeksi 31 bənd səviyyəsindədir ki, bu da investorların ehtiyatlı mövqedə olduğunu göstərir.
Analitiklərə görə, bazardakı artım əsasən institusional investor marağının davam etməsi, bəzi iri kriptovalyutalara kapital axınının artması və qlobal maliyyə bazarlarında risk iştahının nisbətən yüksəlməsi ilə əlaqədardır. Bununla yanaşı, bazarda süni intellekt və texnoloji layihələrə bağlı kriptovalyutalara marağın artması da bəzi aktivlərdə daha yüksək dinamikanı şərtləndirib.
Rahim Tarıverdiyev bitkoin birja kriptovalyuta bitcoin BTC