Qubada kvadrosikl qəzasında 27 yaşlı oğlan ölüb

Tarix: 13 Mar 2026 11:09

Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə martın 12-də saat 17 radələrində rayonun Qımılqazma kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 27 yaşlı Elçin Yusifovun idarə etdiyi kvadrosikl beton maneəyə çırpılıb. Elçin Yusifov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Quba yol qəzası

Xəbər Lenti