Şənbə, 14 Mart, 2026
Tarix: 13 Mar 2026 22:31
Son saatlarda 50-yə yaxın xarici və Azərbaycan vətəndaşı İrandan Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
APA-nın cənub bürosunun məlumatına görə, həmin şəxslərin Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təhlükəsiz şəkildə Azərbaycan tərəfinə keçidi təmin edilib.
Təxliyə olunanlar arasında 1 Azərbaycan, 14 İran, 15 Oman, 8 Bəhreyn, 6 Sudan, 1 Kanada, 1 ABŞ, 3 Tacikistan və 1 Dominik Respublikası vətəndaşı var.
Qeyd edək ki, təxliyə prosesi gecə saatlarında da davam edir.
İlkin Rzayev Astara İran təxliyə

