Pakistanlı diplomat İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO

Tarix: 14 Mar 2026 15:04

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.

Diplomat jurnalistlərə bildirib ki, ötən il də Azərbaycanda olub: “Azərbaycan xalqı çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burada olmuşam”.

Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.

İlkin Rzayev İran sərhəd təxliyə Pakistan

Xəbər Lenti