Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 16 Mar 2026 09:16
Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Əbil Səmədli idarə etdiyi “Az Samand” markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada 1976-cı il təvəllüdlü Hikmət Məlikovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Emin Şirvanzadə qəza piyada Xəzər rayonu