Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 16 Mar 2026 12:20
Rusiyada işləməyə gedən Astara sakini cəbhəyə göndərilib.
APA-nın cənub bürosunun xəbərinə görə, Astara rayonunun Maşxan kənd sakini 1991-ci il təvəllüdlü Elvin Həsənov Rusiyaya işləmək məqsədilə getsə də, sonradan müəmmalı şəraitdə həmin ölkənin ordu sıralarına cəlb olunaraq cəbhə xəttinə göndərilib.
Yaxınlarının bildirdiyinə görə, o, cəbhəyə göndərildikdən sonra ilk döyüşlərdən birində itkin düşüb. Artıq üç aydır ki, Elvin Həsənovdan hər hansı məlumat almaq mümkün olmayıb. Ailə üzvləri onunla bağlı müvafiq qurumlara müraciət ediblər.
İlkin Rzayev Rusiya cəbhə Astara sakini itkin