Xəzər dənizində daha bir zəlzələ olub - YENİLƏNİB

Tarix: 16 Mar 2026 14:18

Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, yerli vaxtla saat 13:18-də baş verən zəlzələ 74 km dərinlikdə baş verib.

Yeraltı təkanın maqnitudası 3.3 olub.

***

11:24

Xəzər dənizində zəlzələ olub.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkan yerli vaxtla 05:57-də qeydə alınıb,

74 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3.1-dir.

Günay Elşən zəlzələ təbii fəlakət Xəzər dənizi

Xəbər Lenti