Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO

Tarix: 16 Mar 2026 15:06

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Hyundai" və "Volkswagen Passat" markalı minik maşınları toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü H.Huseynov, 2006-cı il təvəllüdü E.Məlikli və 2004-cü il təvəllüdü İ.Huseynli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Fuad Nazimoğlu Gəncə yol qəzası xəsarət

Xəbər Lenti