Bakıda yaşayış binasında yanğın başlayıb, sakinlər təxliyə olunub - YENİLƏNİB - FOTO

Bakıda yaşayış binasında yanğın başlayıb, sakinlər təxliyə olunub - YENİLƏNİB - FOTO

Tarix: 17 Mar 2026 11:42

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Xocalı prospektində yerləşən yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir, bina sakinləri təxliyə olunub.

***

11.27

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

İlkin Naib Yanğın Bakı Xətai rayonu
Bakıda yaşayış binasında yanğın başlayıb, sakinlər təxliyə olunub - YENİLƏNİB - FOTO

Mənbə: apa.az

Xəbər Lenti