Göygöldə tamet sexində yanğın olub

Göygöldə tamet sexində yanğın olub

Tarix: 26 Nov 2023 21:50

Göygöldə yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.

Ümumi sahəsi 315 kvadratmetr olan tamet sexində anidən yanğın olub.

Dərhal əraziyə FHN-in Göygöl Rayon Yanğından Mühafisə Hissəsinin 2 yanğınsöndürən avtomobili, 12 canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Hadisə zamanı sexin 20 kvadratmetri yanıb, obyektin qalan hissəsi yanğınsöndürənlər tərəfində mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Mənbə: apa.az

Xəbər Lenti