Gədəbəy Rayon İcra Hakimiyyətinin binasındakı yanğın söndürülüb - YENİLƏNİB-1

Gədəbəy Rayon İcra Hakimiyyətinin binasındakı yanğın söndürülüb - YENİLƏNİB-1

Tarix: 27 Nov 2023 00:46

Gədəbəy Rayonu İcra Hakimiyyətinin binasındakı yanğın söndürlüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb.

***

Saat 00:41

Gədəbəy Rayonu İcra Hakimiyyətinin binasındakı yanğın birinci mərtəbədə qeydə alınıb.

APA xəbər verir ki, binanın kompüter otağında masalar və tavan yanır.

Hazırda əraziyə FHN-in Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Binada baş verən yanğının söndürülməsi işləri davam edir.

*** Saat 00:19

Gədəbəydə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında qeydə alınıb.

Belə ki, binada anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Mənbə: apa.az

Xəbər Lenti