Gəncədə üç avtomobil yanıb

Gəncədə üç avtomobil yanıb

Tarix: 27 Nov 2023 08:50

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əbülülə Gəncəvi küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yerləşən dayanacaqda yanğın olub.

Yanğın zamanı iki VAZ markalı minik maşını və bir "KamAZ" yanıb.

Dərhal hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb, dayanacağın qalan hissəsi yanğından mühafizə olunub.

Mənbə: apa.az

Xəbər Lenti