Cümə, 20 Mart, 2026
Tarix: 20 Mar 2026 18:46
Azərbaycana yaz fəsli daxil olub.
APA Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, bu il yaz fəsli Azərbaycana 20 mart saat 18:46-da daxil olub.
Yaz bərabərliyi günü Günəş şüaları ekvatora düz bucaq altında düşür və gecə-gündüz bütün enliklərdə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimalda yaz, Cənubda isə payız fəsli başlayır.
Günay Elşən yaz fəsli Şamaxı Astrofizika Rəsədxanası payız fəsli