Cümə axşamı, 20 Avqust, 2026
Tarix: 20 Aug 2026 10:21
2026–2027-ci tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 1 nömrəli idman liseyinin və “Vətən” idman liseyinin V sinfinə, həmçinin VI–IX siniflər üzrə vakant şagird yerlərinə, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbinin II–IX sinifləri üzrə vakant şagird yerlərinə qəbul üçün qeydiyyat prosesinə start verilir.
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildiriib ki, qeydiyyat prosesi 20 avqust saat 15:00-dan 24 avqust saat 18:00-dək sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçiriləcək.
Qeyd edək ki, sözügedən təhsil müəssisələrinə qəbul prosesi müəyyən edilmiş qaydalara uyğun olaraq müsabiqə əsasında aparılacaq.
Namizədlər müəyyən edilmiş müddət ərzində sy.edu.az portalına daxil olaraq elektron qaydada qeydiyyatdan keçə bilərlər.
Gülcahan İmanqızı Bülbül məktəbi lisey qəbulMənbə: apa.az