Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 10:40
ABŞ-ın maliyyə naziri Skott Bessent İrandan qaynaqlanan təhlükəsizlik təhdidləri səbəbindən evindən hərbi bazaya köçürülüb.
Bu barədə “The News York Times” məlumatlı üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Bessent İranın təhdidləri səbəbindən yaşayış yerini dəyişən ilk ABŞ rəsmisi deyil.
Daha əvvəl Ağ Evin aparat rəhbəri Stefen Miller və Baş prokuror Pam Bondi də daxil olmaqla bir neçə nəfər təhlükəsiz yaşayış yerlərinə köçürülüb.
Qeyd edək ki, Skott Bessent İranın iqtisadi baxımdan təcrid edilməsi ilə bağlı Vaşinqtonun fəaliyyətində əsas rol oynayır.
ABŞ Maliyyə Nazirliyi məsələ ilə bağlı hələlik şərh verməyib.
Toğrul Quluzadə ABŞ-ın maliyyə naziri Skott Bessent hərbi bazaMənbə: apa.az