Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 09:32
Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,50 ABŞ dolları və ya 1,49% azalaraq 99,40 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan nefti 100,90 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
APA-Economics neft birja Azeri LightMənbə: apa.az