Zelenski: Rusiya ilə 1000-ə 1000 və ya 1500-ə 1500 formatında əsir mübadiləsi müzakirə olunur

Zelenski: Rusiya ilə 1000-ə 1000 və ya 1500-ə 1500 formatında əsir mübadiləsi müzakirə olunur

Tarix: 11 Nov 2026 03:57

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda genişmiqyaslı hərbi əsir mübadiləsi məsələsinin müzakirə edildiyini bildirib.

APA xəbər verir ki, Zelenski Danimarkada jurnalistlərlə söhbəti zamanı tərəflərin 1000-ə 1000, hətta 1500-ə 1500 formatında mübadilə imkanını müzakirə etdiyini deyib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri bu təkliflə Rusiyaya gedəcəklər. Zelenski həmçinin bildirib ki, danışıqlar zamanı Rusiya nümayəndə heyəti ərazi məsələsini də gündəmə gətirib. Lakin bu məsələnin dövlət başçıları səviyyəsində müzakirə olunmalı olduğunu vurğulayıb.

Danışıqların növbəti mərhələsində gərginliyin azaldılması, enerji məsələləri və Qara dənizdəki vəziyyətin müzakirəsi nəzərdə tutulur.

Zelenski Ukrayna Rusiya əsir

Mənbə: apa.az

Xəbər Lenti