Çərşənbə, 11 Noyabr, 2026
Tarix: 11 Nov 2026 05:38
Qətər ABŞ-ın İrana mümkün hücumlarını azı iki həftə təxirə salmağa nail olub. Bu əlavə vaxt Vaşinqton və Tehran arasında diplomatik səylərin davam etdirilməsinə imkan verəcək.
Bu barədə İsrailin “I24” telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məsələ ilə bağlı Parisdə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə danışan Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani tərəflər arasında dəniz blokadasının aradan qaldırılması, nüvə proqramı və İranın dondurulmuş aktivlərinin açılması məsələlərində fikir ayrılıqlarının qaldığını deyib.
Qətər Xarici İşlər Nazirliyi isə danışıqlarda irəliləyiş olduğunu və vasitəçilərin tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün səylərini davam etdirdiyini bildirib.
Qətər İran ABŞ
Mənbə: apa.az