Almaniya Çin istehsalı dronların hərbi obyektlərdə istifadəsini qadağan edib

Almaniya Çin istehsalı dronların hərbi obyektlərdə istifadəsini qadağan edib

Tarix: 11 Nov 2026 02:54

Almaniya Bundesveri casusluq təhlükəsi ilə əlaqədar hərbi kazarma və poliqonlarda Çin istehsalı kiçik dronların istifadəsini qadağan edib.

APA xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.

Məlumata görə, DJI daxil olmaqla, Çin şirkətlərindən alınmış dronların istismarı dayandırılacaq və onlar Avropa istehsalı cihazlarla əvəzlənəcək.

Bundan başqa, BYD, “Geely” və NIO markalı Çin avtomobillərinin hərbi obyektlərin ərazisinə daxil olmasına da məhdudiyyət qoyulub.

Həmin avtomobillərin sahibi olan hərbçilərə maşınlarını hərbi hissələrdən kənarda saxlamaq tapşırılıb.

Almaniya dron Bundesver

Mənbə: apa.az

Xəbər Lenti