Lavrov: Rusiya Avropanın Ukraynada dərhal atəşkəs tələbləri ilə razılaşmayacaq

Lavrov: Rusiya Avropanın Ukraynada dərhal atəşkəs tələbləri ilə razılaşmayacaq

Tarix: 10 Nov 2026 18:13

Rusiya Avropanın Ukraynada dərhal atəşkəs tələbləri ilə razılaşmayacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, bu cür tələblərlə Brüssel Kiyev rejiminin itkilərindən qurtulması üçün "vaxt qazanmağa" çalışır.

Lavrov qeyd edib ki, gələcək təhlükəsizlik arxitekturasının parametrləri əvvəlcə dəqiq müəyyən edilməlidir və yalnız bundan sonra tərəflər birbaşa münaqişənin həllinə keçə bilərlər.

"Bundan sonra nə baş verəcəyini başa düşmədən növbəti atəşkəsə razılaşmayacağıq", Rusiya XİN başçısı bildirib.

Mənbə: apa.az

Xəbər Lenti