Rubio Əbu-Dabidə Rusiya və Ukrayna arasında keçirilən danışıqları çox məhsuldar adlandırıb

Rubio Əbu-Dabidə Rusiya və Ukrayna arasında keçirilən danışıqları çox məhsuldar adlandırıb

Tarix: 10 Nov 2026 18:04

ABŞ Dövlət katibi Marko Rubio Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən sülh danışıqlarını “çox məhsuldar” kimi qiymətləndirib.

APA xəbər verir ki, Rubio bunu danışıqların nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Vaşinqton davamlı nizamlanmaya nail olmaq üçün Avropa tərəfdaşlarının da zamanla bu üçtərəfli danışıqlara qoşulmalı olduğunu hesab edir.

Rubio qeyd edib ki, Avropa ölkələrinin prosesə cəlb olunması münaqişənin uzunmüddətli həlli baxımından əhəmiyyətlidir.

Mənbə: apa.az

Xəbər Lenti