Çərşənbə axşamı, 10 Noyabr, 2026
Tarix: 10 Nov 2026 17:39
“Bu ilin iyun ayında Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam gücü ilə fəaliyyətə başlayıb və bununla da Gürcüstan, Azərbaycan və Türkiyənin əməkdaşlığı sayəsində Asiya ilə Avropa arasında əlaqələr daha da möhkəmlənib".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Antalyada COP31 konfransı çərçivəsində keçirilən "Qlobal Yaşıl Yük Dəhlizləri Təşəbbüsü" üzrə nazirlər səviyyəsindəki görüşdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Gürcüstanda 2025-ci ildə tamamlanan dəmir yollarının modernləşdirilməsi layihəsi nəticəsində ötürücülük qabiliyyəti və etibarlılıq əhəmiyyətli dərəcədə artıb, tranzit müddəti isə iki dəfə azalıb.
Nazir bildirib ki, Gürcüstan aşağı emissiyalı yük daşımalarına keçidi daha da asanlaşdırmaq məqsədilə dəmir yolu infrastrukturunu modernləşdirməyə, ötürücülük qabiliyyətini genişləndirməyə və vaqon-lokomotiv parkını yeniləməyə davam edir.
Mariam Kvrivişvili Anaklia dərin dəniz limanı layihəsinə də toxunaraq onun 2029-cu ilə qədər istifadəyə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Cəmilə BabayevaMənbə: apa.az