Cümə, 6 Ferval, 2026
Tarix: 27 Nov 2023 13:13
Noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ölkəmizə səfər edib.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, ikitərəfli və üçtərəfli formatda keçiriləcək görüşlərdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.