Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 24 Mar 2026 05:44
Avstraliya və Avropa İttifaqı azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb.
APA xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanize və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen birgə bəyanat yayıb.
Məlumata görə, tərəflər sazişin qüvvəyə minməsi üçün zəruri prosedurların başlanmasına hazır olduqlarını bildiriblər.
“Bu saziş ikitərəfli ticarəti və investisiyaları gücləndirəcək, iqtisadi artımı dəstəkləyəcək və qaydalara əsaslanan açıq ticarətə sadiqliyi möhkəmləndirəcək”, – deyə sənəddə qeyd olunub.