Çərşənbə axşamı, 24 Mart, 2026
Tarix: 24 Mar 2026 16:12
Martın 25-dən 30-u səhərədək Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Məlumata əsasən, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
hava yağış sel