Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 27 Nov 2023 17:12
İmişlidə pambıq qəbulu məntəqəsində yanğın olub.
APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Xubyarlı kəndində pambıq qəbulu məntəqəsinin ərazisində 299 ton pambığın 3 tonu yanıb. Pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az