Bakıda yağıntı aylıq normanı 247% üstələyib

Tarix: 28 Mar 2026 00:09

Bakıda yağan yağışın miqdarı aylıq normanın 247 faizini təşkil edib.

APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, martın 27-si saat 22:00-a olan göstəricilərə əsasən, paytaxt və Abşeron yarımadasında intensiv yağıntılar davam edir.

Qeyd olunub ki, yağıntının miqdarı 58 mm qeydə alınıb.

Bildirilib ki, martın 28-i ərzində də yağışlı hava davam edəcək, bəzi ərazilərdə isə intensiv xarakter alacaq.

Eyni zamanda, güclü yağıntılar səbəbindən bəzi yerlərdə subasma hallarının davam edəcəyi gözlənilir.

Proqnoza əsasən, martın 29-u gündüz saatlarından etibarən yağıntı tədricən kəsiləcək.

Bakı yağış hava subasma

Xəbər Lenti