Ağdamda yaşayış evi yanır

Tarix: 01 Mar 2024 22:12

Ağdamda fərdi yaşayış evi yanır.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Mirəşəlli kəndində qeydə alınıb.

Kənd sakini Quliyev Malik Rəsul oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. Əraziyə FHN-nin Ağdam yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hazırda FHN əməkdaşları yanğını söndürməyə çalışır.

Xəbər Lenti