ADY bayram günlərində daşınan sərnişinlərin sayını açıqlayıb

Tarix: 31 Mar 2026 14:27

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 19-30 mart tarixlərində 212 mindən çox sərnişin daşıyıb.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 963 nəfər daşınıb.

Məlumata görə, qeyd olunan tarixlərdə Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8984 sərnişin istifadə edib.

"Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1561 nəfər olub", - məlumatda qeyd olunur.

Emil İsmayılov ADY dəmir yolları

Xəbər Lenti