Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 16:38
31 mart - 3 aprel tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
Selcan Zaurqızı Müdaifə Nazirliyi Ağdərə döyüş sursatları