Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 00:32
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir.
Bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, "USS George H. W. Bush" aviadaşıyıcısı regiona göndərilir və bununla da bölgədə eyni vaxtda üç ABŞ aviadaşıyıcısından ibarət qruplaşma formalaşacaq.
Gəmi Virciniya ştatındakı Norfolk hərbi-dəniz bazasından yola düşüb və Ərəb dənizində fəaliyyət göstərən "USS Abraham Lincoln" zərbə qrupu ilə birləşəcək. Eyni zamanda "USS Gerald R. Ford" aviadaşıyıcısı da bölgə ilə bağlı əməliyyat planlarında yer alır.
ABŞ aviadaşıyıcı Yaxın Şərq WSJ