Şənbə, 12 Sentyabr, 2026
Tarix: 12 Sep 2026 13:55
Moskva Amerikanın sülhməramlı səylərinin bəhrəsini verəcəyinə ümid edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
"Hələlik amerikalılarla heç bir əməkdaşlıq yoxdur. Gəlin bundan başlayaq. ABŞ-ın çox minnətdar olduğumuz, davam edən və indi yenidən fəallaşan sülhməramlı səyləri var. Səmimi qəlbdən ümid edirik ki, bu səylər bəhrəsini verəcək", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Fərid ƏkbərovMənbə: apa.az