Şənbə, 12 Sentyabr, 2026
Tarix: 12 Sep 2026 11:20
Rusiya qazın qiymətini artırarsa, Ermənistan 102-ci Rusiya hərbi bazasının ölkədə qalması üçün icarə haqqını artıra bilər.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasından olan millət vəkili, Ermənistan parlamentinin Müdafiə Komissiyasının sədri Vilen Qabrielyan "Factor" xəbər portalına müsahibəsində bildirib.
O, Paşinyanın dünən verdiyi açıqlamasını şərh edərkən qeyd edib ki, əgər Rusiya qazın qiymətini qaldırarsa, Ermənistan tərəfi də hansı xidmətlərin qiymətini artıra biləcəyini, yaxud indiyədək pulsuz olan, lakin sonradan mütənasib ödəniş tələb edə biləcək məsələləri nəzərdən keçirəcək:
"Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, maliyyə baxımından belə bir yenidən hesablanma hərbi baza çərçivəsində də baş verə bilər. Çünki bildiyimiz kimi, ərazi və (hərbi bazanın – red.) saxlanılması xərclərinin böyük hissəsi Ermənistanın hesabına ödənilir”.
Selcan Zaurqızı Ermənistan Paşinyan RusiyaMənbə: apa.az