Bazar ertəsi, 23 Ferval, 2026
Tarix: 23 Feb 2026 19:56
Brüssel Avropa İttifaqı ilə Azərbaycan arasında yenilənmiş əməkdaşlıq sazişi üzrə irəliləyişə hazırdır və istəklidir.
Bunu APA-ya müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.
Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, artıq bir neçə ildir müzakirə olunan sənəd üzrə birgə işi yekunlaşdırmağın vaxtı çatıb.
“Ümid edirik ki, danışıqları tezliklə bərpa edə biləcəyik”, - Qrono vurğulayıb.
Toğrul Quluzadə Brüssel Avropa İttifaqı Azərbaycan saziş Cənubi Qafqaz Maqdalena Qrono