Şənbə, 18 İyul, 2026
Tarix: 18 Jul 2026 10:39
Rusiyada bir gecədə Ukraynaya məxsus 379 dron vurulub.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dronlar Belqorod, Bryansk, Kursk, Smolensk, Ryazan, Kaluqa, Tula, Tambov, Oryol, Lipetsk, Tver, Pskov, Voronej, Rostov, Volqoqrad, Leninqrad, Vladimir vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım, Azov və Qara dənizlərində vurulub.
Moskva və Tambov vilayətlərində neft və “Wildberries” anbarlarına hücumlarda 7 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Vladimirdə dron çoxmərtəbəli binaya düşüb, xəsarət alan olmayıb.
Mənbə: apa.az