Dünya bazarlarında qızıl və gümüş bahalaşıb

Tarix: 14 Dec 2023 09:11

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 2.46% artaraq, 2,046.40 ABŞ dollarına bərabər olub.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 5.17% artaraq 24.11 dollar təşkil edib.

Xəbər Lenti