Çərşənbə, 15 Aprel, 2026
Tarix: 10 Apr 2026 01:03
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, “Bolonya” öz meydanında “Aston Villa”nı sınağa çəkib.
4 qolun vurulduğu matçda qonaqlar rəqibini 3:1 hesabı ilə məğlub edib.
“Nottingem Forest” isə səfərdə "Portu" ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Xatırladaq ki, ötən gün baş tutan "Braqa" - "Betis" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 16-da yekun vurulacaq.
UEFA Avropa Liqası 1/4 final mərhələsi, ilk oyunlar
23:00. "Bolonya" – "Aston Villa" 1:3 23:00. "Portu" – "Nottingem Forest" 1:1 23:00. "Frayburq" – "Selta" 3:0
ApaSport UEFA Avropa Liqası