Ukrayna Taqanroqda elektrik yarımstansiyasına PUA zərbəsi endirib, ölən və yaralananlar var

Ukrayna Taqanroqda elektrik yarımstansiyasına PUA zərbəsi endirib, ölən və yaralananlar var

Tarix: 15 Nov 2026 09:34

Ukrayna Ordusu Taqanroqda elektrik yarımstansiyasına pilotsuz uçuş aparatları (PUA) zərbəsi endirib, ölən və yaralananlar var.

Bu barədə TASS məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Taqanroqa hücumu nəticəsində elektrik yarımstansiyasının baş mühəndisi həlak olub, daha dörd nəfər xəsarət alıb.

Hava hücumundan müdafiə qüvvələri Taqanroq, Rostov-na-Donu şəhərləri və Rostov vilayətinin yeddi rayonunda təxminən 50 PUA-nı məhv edib.

Taqanroqda dəmir yoluna xidmət göstərən elektrik yarımstansiyasına ziyan dəyib. Yanğın baş verməyib.

Taqanroq-Passajirski stansiyasından Mixaylovka stansiyasına qədər elektrik xətləri enerjisiz qalıb. Dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.

Rusiya Ukrayna PUA Taqanroq elektrik yarımstansiyası

Mənbə: apa.az

Xəbər Lenti