Bazar, 15 Noyabr, 2026
Tarix: 15 Nov 2026 04:11
Rusiyanın Kamçatka yarımadasında son sutka ərzində 5 zəlzələ qeydə alınıb.
TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsindən bildirilib.
“Son sutka ərzində maqnitudası 4,1-dən 5,0-dək olan beş seysmik hadisə qeydə alınıb. Zəlzələlərin heç biri əhali tərəfindən hiss edilməyib”, – qurumdan qeyd olunub.
Bildirilib ki, bölgədə dörd vulkanın aktivliyi davam edir.
Mütəxəssislər təhlükəsizlik səbəbindən sakinlərə və turistlərə həmin vulkanlara yaxınlaşmamağı tövsiyə ediblər.
Kamçatka Rusiya zəlzələ seysmik aktivlik vulkanlar Rusiya Elmlər Akademiyası TASS təbii fəlakətlər
Mənbə: apa.az