İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 19 yaralı var

İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 19 yaralı var

Tarix: 15 Nov 2026 07:23

İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində bildirib.

Hadisə Dəşt-Abbas–Mormuri avtomobil yolunda baş verib.

İlkin məlumata əsasən, qəza nəticəsində yaralanan 19 nəfər xəstəxanaya yerləşdirilib.

İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti daha əvvəl IRIB-ə açıqlamasında hadisə nəticəsində azı 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Sonradan ölən və yaralananların sayı ilə bağlı məlumat yenilənib.

İran Səhiyyə Nazirliyinin rəsmisi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücülərin məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.

Qəzanın dəqiq səbəbi barədə hələlik məlumat verilməyib.

İran İlam avtobus qəzası Hüseyn Kermanpur yol-nəqliyyat hadisəsi

Mənbə: apa.az

Xəbər Lenti